Xəbər - Samir Əli – Trend:
Güclü külək bir sıra regionlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub.
AzerTimes-ın məlumatına görə, külək Şabran, Xaçmaz və Quba rayonları ərazisində fərdi evlərin damlarını uçurub, ağacları aşırıb və nəticədə elektrik enerjisi verilişində fasilə yaranıb.
Dərhal hadisə yerinə gələn “Azərişıq” ASC-nin əməkdaşları Quba və Şabran rayonlarında elektrik enerjisi verilişində yaranan fasiləni aradan qaldırıb, Xaçmaz rayonu ərazisində isə təmirbərpa işləri davam etdirilir.