Güclü küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 3 çağırış daxil olub.
AzerTimes xəbər verir ki, bu barədə Report-a TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, təcili tibbi yardım briqadaları dərhal hadisə yerlərinə cəlb ediliblər:
“Xəsarət alan 3 nəfər müvafiq tibb müəssisələrinə təxliyə olunublar. Sabunçu Tibb Mərkəzinə təxliyə olunan 1974-cü il təvəllüdlü şəxs (qadın cinsli) zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs əməliyyata alınıb. Hazırda vəziyyəti ağır qiymətləndirilir. Xəsarət alan 1967-ci il təvəllüdlü şəxs (kişi cinsli) isə istəyilə özəl tibb müəssisəsinə təxliyə olunub”.