GUAM çərçivəsində strateji kommunikasiyalar üzrə işçi qrup yaradılacaq

Gürcüstanın təşəbbüsü ilə GUAM çərçivəsində strateji kommunikasiyalar üzrə işçi qrup yaradılacaq.

AzerTimes-ın Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə qərar təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində baş tutan iclasında qəbul olunub.

Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, toplantıda “GUAM +” formatında, digər tərəfdaşlarla, beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq müsbət qiymətləndirilib. XİN başçıları Gürcüstanın GUAM-a sədrliyi dövründə əsas prioritetlərdən olan digər ölkələr və təşilatlarla əməkdaşlıq perspektivlərini də nəzərdən keçiriblər.

İclasda siyasi, sahəvi və parlamentlərarası əməkdaşlıq daxil olmaqla, təşkilatın gündəliyində duran əsas məsələlərin müzakirəsi də aparılıb.

Teqlər: