“GTA”nın smartfonlarda çıxması vaxtı təxirə salınıb

“Take-Two” şirkəti smartfonlarda “Grand Theft Auto: The Trilogy”
oyun toplusunun çıxması təxirə salıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə “VGC” nəşri xəbər verib.

Məlumata əsasən, jurnalistlərin “Take-Two” şirkətinin cari
maliyyə hesabatının araşdırmasına əsasən “Grand Theft Auto: The
Trilogy – The Definitive Edition” toplunun buraxılışı 2022-ci ilin
sonuna qədər baş tutmayacaq.

Şirkət bildirib ki, oyunun “iOS” və “Android” smartfonlarında
çıxması 2023-cü il martın 31-də başa çatacaq cari maliyyə ilinin
sonuna qədər olacaq.