GPS vasitəsi ilə avtomobillərinizi yerli program təminatı ilə izləmə imkanı (FOTO)

“”Safezone GPS” MMC müştəri məmnuniyyətini nəzərə alaraq müştərilərə daha operativ və keyfiyyətli xidmət göstərmək məqsədi ilə Apple Store və Play Market platformalarında “Safezone.az” mobil tətbiqini istifadəçilərin ixtiyarına verib. Mobil tətbiqi yükləyərək, avtomobilin geolokasiya, sürət, marşrut və digər əməliyyat parametləri informasiyalarını nəzarətdə saxlamaq mümkündür. Mobil tətbiqin Apple Store və Play Market platformalarından yüklənməsi pulsuzdur”.

Bu barədə şirkətin təsisçisi Səddam Ələsgərov məlumat verdi.


Qeyd edək ki, şirkət artıq 5 ildir ki, yerli və xarici bazarlarda avtomobillərin GPS vasitəsi ilə izlənilməsi xidmətinin təşkili işi ilə məşğuldur. Hal-hazırda şiktət dünyanın ən böyük GPS izləmə platforması olan “Wialon” şirkətinin təsis etdiyi ən reytinqli GPS izləmə şirkətləri siyahısı olan – “Wialon Top 50 Global”-da dünyaca 45-ci pillədə qərarlaşmışdır.