GPS.AZ şirkətindən nəqliyyatda innovativ rabitə həlləri

Artıq 15 ildir ki, GPS.AZ
böyük nəqliyyat parkına sahib olan şirkətlər üçün nəqliyyatın
hərəkətinə real-vaxt rejimində nəzarət etməyə imkan verən
proqressiv həllər tətbiq edir.

Sadə izləmə ilə yanaşı, əksər dispetçerlər logistikada
gecikmələr və ya marşrutlarda dəyişikliklər ilə bağlı sürücülər ilə
operativ əlaqə yaratmaqda və işlərini operativ kordinasya etməkdə
çətinliklər ilə üzləşir. Sürücü sükan arxasında və avtomobil
hərəkətdə olduğu halda mobil telefondan istifadə sürücünün
diqqətini avtomobili idarə etməkdən yayındırır və sürücülük
təhlükəsizliyini əhəmiyyətli dərəcədə azaldır. Bundan əlavə,
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, sürücü
avtomobili idarə edərkən mobil telefondan istifadə etdiyinə görə
cərimələnə bilər.

GPS.AZ təklif etdiyi həll
sadə və effektivdir – quraşdırılan GPS izləmə cihazlarında Bluetooth
funksiyası sayəsində sürücü “handsfree” rabitə modulu və ya
qulaqlıqdan istifadə edə və diqqəti yoldan yayınmadan dispetçerdən
zəngləri qəbul edə bilər. “Bulud” IP ATS-in köməyi ilə qoşulmuş
bütün GPS cihazları korporativ
ATS-in daxili abunəçilərinə çevrilir. Dispetçer sadəcə ofis
telefonunda qısa əlavə nömrə yığmaqla avtomobilə zəng edə bilər.
Zəngin müddəti və əlaqə məhdudiyyətsizdir. Sürücü isə, SOS
düyməsini basmaqla dərhal dispetçer ilə əlaqə qurur. Dispetçer
məşğul olduğu halda zəng gözləmə növbəsinə keçir və ya digər
dispetçerlər arasında bölünür.

3CX xidmətindən müasir, çoxfunksiyalı IP ATS müştəriyə bulud
həlli kimi icarəyə verilir – bunun sayəsində müştəri server,
lisenziya alınması və s. ilə bağlı heç bir xərc çəkmir. Sifarişçi
bütün funksiyaları istifafə edə bilər, o cümlədən:

  • Konfrans bağlantısı – ofis işçilərini və sürücüləri qrup
    zəngində birləşdirmək imkanı
  • Təcili bildiriş – səsli mesaj yazmaq və lazımi sürücü qrupuna
    göndərmək imkanı
  • Zənglərin qeydə alınması, ötürülməsi, zənglərin növbəsi və
    s.

Müştərinin ofisində mövcud ATS ilə inteqrasiya pulsuz təmin
olunur.

Ratsiya və magistral rabitədən fərqli olaraq, təklif edilən həll
daha çox üstünlüklərə malikdir:

  • Radiotezliklərdən istifadə edilmir – müvafiq olaraq, onların
    istifadəsi üçün əlavə icazə almağa ehtiyac qalmır
  • Bütün sürücülər ilə yox, məhz konkret sürücü ilə bağlantı
    qurmaq imkanı
  • Avadanlıq daim qoşuludu, sürücü onu söndürə bilmir
  • Əhatə dairəsi – bütün Azərbaycan

Bu həll, Azərbaycanda 3CX bulud PBX korporativ həllərin
inteqratoru “IT Solutions
şirkəti ilə əməkdaşlıqda təqdim olunur.

Hazırda ölkədə fəaliyyət göstərən 1100-dən artıq şirkət və
müəssisə GPS.AZ ilə xidmət
müqaviləsi bağlayıb.

Teqlər: