GPS.AZ şirkəti yük daşımalarında innovativ “Elektron kilid”
sistemini təqdim edir.
Bu texnologiya barədə AzerTimes-a şirkətin rəhbəri Camal Qarabəyov
deyib:
“Şirkətimizin bir çox müştərisi daşınma zamanı yüklərin
itirilməsi halları ilə üzləşir. Ölkənin iri əczaçılıq şirkətinin
problemlərini təhlil edərək, daşınan yüklərə avtomatlaşdırılmış
nəzarəti təmin edən yeni texnoloji həll hazırlayıb tətbiq etdik,
hansı ki, daşınma zamanı itki hallarını tamamilə aradan
qaldırır.
Adi möhürlərdən fərqli olaraq, sistem tam avtomatlaşdırılmışdır
və banın açılması üçün birbaşa təmasın olmasını tələb etmir.
Əməliyyat prinsipi iki şərtə əsaslanır:
1. Maşın yükün boşaldılması üçün icazə verilən coğrafi zonada
olmalıdır.
2. Maşının yanında malı yükləmək və ya boşaltmaq səlahiyyəti
olan məsul şəxs olmalıdır.
Sistemə peyk izləmə və naviqasiya terminalına qoşulan elektron
kilid daxildir. GPS terminalı real-vaxt rejimində nəqliyyat
vasitəsinin yer dəyişməsini izləyir və icazə verilən əraziyə daxil
olduqdan sonra birinci şərti işə salır.
Hər bir məsul işçi daxili Bluetooth ötürücüsü olan xüsusi
elektron açarla təmin olunur. Avtomobildə qoşulmuş GPS terminalı
daim ətrafdakı radiusu skan edir və əhatə dairəsində elektron açar
göründükdə ikinci şərti işə salır.
Hər iki şərt aktivləşdirildikdə salonda xüsusi indikator işə
salınır, və işçilər müvafiq düyməni basaraq kilidi aça
bilərlər.
Kuzova əlavə qapı açma sensoru və dörd kameradan ibarət
video-müşahidə sistemi quraşdırılır. Qapı açıldığı zaman kamera baş
verən hadisələri qeyd etməyə başlayır. DVR qurğusuna quraşdırılmış
4G və WiFi modulları sayəsində dispetçer ofisdə olarkən,
avtomobilin harada olmasından asılı olmayaraq, real-vaxt rejimində
Azərbaycanın istənilən nöqtəsində malların boşaldılmasına nəzarət
edə bilər. Həmçinin, nəqliyyat vasitəsi bazaya gəldikdə, DVR WiFi
vasitəsilə bütün video arxivi mərkəzi məlumat serveri ilə tam
sinxronlaşdırır”.
GPS.AZ şirkəti 15 ildir ki, Azərbaycan bazarında GPS, M2M və IoT
sahəsində avtomatlaşdırma və idarəetmə üçün innovativ həllər təklif
edir. Abonent bazasının həcminə görə Azərbaycan bazarında lider
olan şirkətə hazırda 20000 nəqliyyat vasitəsi qoşulub.