Yaxın gələcəkdə Avropa şirkətləri həm özləri, həm də Ukrayna üçün lazımi miqdarda sursat istehsal edə biləcəklər.
AzerTimes xəbər verir ki, bunu Çexiya Prezidenti Pyotr Pavel deyib.
“Lazımi sayda mərmi istehsalı vaxt tələb edir. Bu bizim istehsal gücümüzü artırmağı tələb edir. Ancaq Ukraynaya indi mərmi lazımdır. Biz Avropa şirkətlərini gözləyə bilmərik, ona görə də bacardığımız hər yerdə sursat tapmağa çalışırıq. Onu mümkün qədər tez Ukraynaya çatdırmaq lazımdır. Amma bununla yanaşı, biz öz imkanlarımızı da artırırıq”, – Pavel bildirib.