Rusiya Ukrayna Silahlı Qüvvələrinin uğurundan sonra oxşar əks-hücum keçirməyə cəhd edə bilərlər.
AzerTimes xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.
“Kiyev üçün azad edilmiş ərazilərin təhlükəsizliyini təmin etmək vacibdir. Ordumuzun əks-hücumu gözləniləndən daha yaxşı oldu. Buna görə də Moskva oxşar hücumu həyata keçirməyə cəhd edə bilər. Əks-hücumla ərazini azad edə bilərsiniz, amma bundan sonra siz ona nəzarət etməli və onu müdafiə etməyə hazır olmalısınız”, – o bildirib.