Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirill Timoşenko vəzifəsindən getməsi ilə bağlı istefa ərizəsi yazıb.
AzerTimes xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” məlumat yayıb.
Timoşenkonun əvəzinə bu vəzifəyə Kiyev vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksey Kulebanın təyin edilməsi planlaşdırılır.