Belarus Prezidenti Aleksandr Lukaşenko Şahbaz Şərifi Pakistanın baş naziri seçilməsi, ölkə hökumətinin formalaşması münasibətilə təbrik edib və 2024-cü ildə Pakistana səfər etməyə hazır olduğunu təsdiqləyib.
AzerTimes xəbər verir ki, bu barədə Belarus Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
“Bu il Pakistana səfər etməyə hazır olduğumu təsdiqləyirəm. Əminəm ki, görüşümüz sənaye, əczaçılıq, kənd təsərrüfatı, neft-kimya, elektrik nəqliyyatı, təhsil, elm və texnologiya sahələrində əməkdaşlığın dərinləşməsinə töhfə verəcək”, – Lukaşenko vurğulayıb.