Gözlənilən oldu: İrəvan özünü təkzib edib, şantaja başladı

Gözlənilən oldu: İrəvan özünü təkzib edib, şantaja başladı

Geri qaytarılan 17 erməni hərbçiyə təzyiq edilməməsi və onlarla normal davranılması barədə yayılan məlumat həqiqətəuyğun deyil.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin “izahında” bildirilib.

Ombudsman Kristina Qriqoryan deyib ki, geri qaytarılan əsirlərlə söhbət edib. Demək olar ki, “bütün keçmiş əsirlər” Azərbaycanın qurumlarından, hətta tibb personalından “pis münasibət və kobudluq” gördüklərini deyiblər.

Bundan sonra isə Qriqoryan Ermənistan İstintaq Komitəsinin ilk açıqlamasına “aydınlıq gətirməsini” istəyib və təbii ki, komitə də “fikrini” dəyişib.

Əlbəttə, ermənilərdən gözlənilən də məhz budur – ona görə bundan öncəki məlumatı “İrəvandan gözlənilməz açıqlama” başlığı ilə yaymışdıq. Belə ki, 5 oktyabrda Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan rəsmi açıqlama vermişdi. Bildirmişdi ki, geri qaytarılan 17 hərbçinin 10-u artıq sorğu-sual olunub, 7 nəfərin isə müalicəsi davam edir.

“17 hərbçi arasında ağır yaralı yoxdur, bəzilərində yüngül qəlpə yaraları qalıb. Azərbaycanda erməni əsirlərə heç bir işgəncə verilməyib”, – Tadevosyan bildirmiş və erməni mediası da bunu tirajlamışdı.

Lakin Ermənistan Ombudsmanı bu açıqlamanın İrəvanın “maraqlarına” cavab vermədiyini düşünərək, həyasızcasına şərləməyə girişib və guya “bütün keçmiş əsirlərin” onlara qarşı pis münasibət göstərildiyini dediyini elan edib.

Ziddiyyət göz qabağındadır: Azərbaycan əsirləri müalicə edir, sağ-salamat geri qaytarır, əsirləri qəbul edən İstintaq Komitəsi onlarda ağır xəsarət olmadığını, zorakılığa məruz qalmadıqlarını elan edir, daha sonra isə Qriqoryan ortaya atılıb, ənənəvi erməniliyinə başlayır və rəsmi qurum da xəcalət çəkmədən öz-özünü təkzib etmək, şərləmə kampaniyasının vasitəçisi olmaq yolunu tutur.

Əsl erməni xislətidir – özünü təkzib etmək, yalan danışmaq, şərləmək və bu şərləmədə saxtakarlığının göz qabağında olduğundan utanıb çəkinməmək.

Teqlər: