Gözlənilən hava şəraiti barədə XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti gözlənilən hava şəraiti haqqında xəbərdarlıq edib.

Xidmətdən AzerTimes-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 18-dən 21-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. Oktyabrın 20-də gündüz şimal-qərb küləyi 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək.

Havanın temperaturu 20-21-də ötən günlərlə müqayisədə tədricən 3-6° aşağı enəcək.

Azərbaycanın rayonlarında oktyabrın 18-dən 21-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək.

Teqlər: