Gözəllik yarışı: Ölkəmizi əməkdar artist təmsil edəcək – Video

Gözəllik yarışı: Ölkəmizi əməkdar artist təmsil edəcək – Video

Əməkdar artist Naina İbrahimova Azərbaycanı Misirdə keçiriləcək “Beauty queen of the universe” beynəlxalq gözəllik yarışında təmsil edəcək.

AzerTimes Qaynarinfo.az-a istinadla xəbər verir ki, 51 yaşlı aktrisa bu haqda özü məlumat yayıb.

O bildirib ki, Qahirədə keçiriləcək yarışmada 150 ölkədən olan xanım çıxış edəcək. Naina İbrahimova ABŞ, İspaniya, Estoniya, Özbəkistan, Meksika, Mərakeş, Fransa, Almaniya, Livan və digər ölkələrdən olan qadınlarla birincilik uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, Naina İbrahimova 1995-ci ildən S.Vurğun adına Rus Dram teatrında aktrisa işləyir. 2010-cu ildə “Əməkdar artisti” fəxri adına alıb. “Bəyaz həyat”, “Moskva-Bakı” qatarı”, “Bir dəfə Qafqazda” kimi ekran işlərində rol alıb. 2013-cü ilin oktyabrında Fərid adlı fotomodellə ailə qurub. Onların 2015-ci ilin fevralın 23-də oğul övladı olub.

Teqlər: