Gözdən əlil şəxs bir neçə gün öncə sürücülük vəsiqəsi alıb – Agentlik sədri

Xəbər - Samir Əli – Trend:

Bu il saxta əlillik alan 266 nəfərlə bağlı Baş prokurorluğa məlumat göndərilib.

AzerTimes-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib.

O bildirib ki, saxta əlilliyin müəyyən edilməsi üçün sənədlər Təhsil Nazirliyinin, Dövlət Yol Polisi, Səhiyyə Nazirliyi və digər qurumların sistemləri vasitəsilə yoxlanılır: “Məsələn, gözdən əlilliyi olan şəxs araşdırılarkən məlum olub ki, bir neçə gün öncə sürücülük vəsiqəsi alıb. Bu cür şəxslərin əlilliyi dayandırılır.


2006-cı ildə əlilliyi təsdiqlənən 193 min nəfərin 5 illik əlillik müddəti bitib. Bu vaxta qədər onlardan cəmi 30 faizi yenidən müraciət edib”.

Teqlər: