“Göz Muncuğu” lotereyasında 100 000 manat qazanıldı

“Göz Muncuğu” lotereyasında 100 000 manat qazanıldı

“Azərlotereya” ASC-nin “Poz-Qazan” ani lotereyaları sevindirməyə davam edir.

Yeni satışa çıxan “Göz Muncuğu” lotereyasında böyük uduş – 100 000 manat qazanılıb. İlk böyük uduşu qazanan şanslı qalib Yevlax şəhər sakini Elnur Abdullazadə olub.

Qeyd edək ki, uduş fondu 33 milyon manatdan çox olan “Göz muncuğu” biletində böyük uduşun məbləği 100 000 manatdır.

Oyun qaydalarına gəlincə, lotereya biletinin üzərində “üstüörtülü” xanaları pozduqdan sonra hər hansı “oyun” sırasındakı istənilən rəqəm “uğurlu rəqəm” ilə uyğun gələrsə, bilet müvafiq sıranın qarşısında qeyd olunan mükafat məbləğini qazanır. “Oyun” sırasındakı xanalardan birində “göz muncuğu” simvolu aşkarlandıqda isə bilet 50 manat qazanmış olur.

Hazırda satışda olan “Poz-Qazan” biletləri – “10X”, “5X”, “Zümrüd”, “Göz Muncuğu”, “Ani 50”, “Şans Ulduzu”, “Qızıl”, “Tap, Qazan”da müvafiq olaraq 200 000, 100 000, 50 000 və 25 000 manatlıq böyük uduşlar, eləcə də irili-xırdalı milyonlarla digər uduşlar şanslı qaliblərini gözləyir.

Teqlər: