Göygöl şəhərində fərdi yaşayış evində uçqun altında qalmış 1987-ci il təvəllüdlü Emin Əlivənd oğlu Cəfərovun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə AzerTimes FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edək ki, axtarış-xilasetmə əməliyyatına FHN-in Gəncə Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, müvafiq texnikası və xüsusi təlim keçmiş xidməti it cəlb olunub.