Göygöldə “Su səsi” restoranında baş verən yanğın söndürlüb.
AzerTimes xəbər verir ki, Göygöl rayonunun Topalhəsənli kəndində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 200 m² olan köməkçi tikilinin lambirdən ibarət tavanı 50 m² sahədə və 1 ədəd generator yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.