Göygöldə vətəndaşlar odlu silahları polisə təhvil veriblər.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzerTimes-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Keçirilən profilaktiki tədbirlər nəticəsində rayon sakinləri özlərində olan, müxtəlif marka və kalibirli 5 ədəd ov tüfəngini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər. Bu istiqamətdə tədbirlər davam edtirilir.