Göygöldə karantin qaydalarını pozan iaşə obyektləri məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzerTimes-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Belə ki, aparılan yoxlamalar zamanı rayon ərazisində fəaliiyət göstərən “Muraz” şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi müəyyən olunub. Həmin obyektin sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat məbləğində cərimə olunub.
Bundan başqa keçirilən monitorinqlər zamanı, rayon ərazisindəki “Flaminqo” restoranının karantin rejim qaydalarına zidd olaraq gecə saatlarında fəaliyyət göstərməsi məlum olub. Obyekt sahibi ilə inzibati məsuliyyətə cəlb olunub.