Göygöldə Daxili Qoşunların hərbçiləri olan maşın qəzaya uğrayıb, 15 hərbçi yaralanıb

Xəbər - Samir Əli – Trend:

Göygöl rayonunda baş verən yol qəzasının səbəbi məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov AzerTimes-a açıqlamasında bildirib ki, hadisə bu gün günorta saatlarında rayonun Aşıqlı kəndində baş verib. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına məxsus “Ural” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə avtomobil aşıb:

“Hadisə nəticəsində 15 nəfər hərbi qulluqçu müxtəlif növ xəsarətlər alıb. Onlardan 12-nin xəsarətləri yüngül olduğundan yerindəcə tibbi yardım göstərilib. Digər 3 nəfər orta-ağır vəziyyətdə olduğundan hospitala yerləşdirilib. Faktla bağlı araşdırma aparılır”.

Teqlər: