Göygöldə daha bir restoranda kütləvi zəhərlənmə olub.
AzerTimes-ın Report-a istinadən məlumatına görə, rayon ərazisində yerləşən restoranlardan birində 16 nəfər qidadan zəhərlənib.
Zərərçəkənlər Göygöl və Gəncə şəhərlərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.