Göygöldə 82 yaşlı qadın yatdığı yerdə qarət edildi

Xəbər - Samir Əli – Trend:

Göygöl rayonunda 82 yaşlı qadın qarət edilib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
fevralın 14-də saat 6 radələrində Göygöl rayonunun Sərkarlı
kəndindəki evlərdən birinə girmiş naməlum şəxsin yatmış vəziyyətdə
olan 82 yaşlı ev sahibəsinin boynundakı qızıl boyunbağını götürüb
qaçması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən kənd
sakini R.Novruzov müəyyən edilərək saxlanılıb.


Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci maddəsi
(soyğunçuluq) ilə cinayət işi başlanıb. Araşdırma aparılır.

Teqlər: