Göygöl rayonu, Qızılca kəndində çətinkeçilən ərazidən 1 nəfərin meyiti çıxarılıb.
AzerTimes xəbər verir ki, Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit çətinkeçilən ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Tapılan meyitin kənd sakini 1969-cu il təvəllüdlü Fazil Bayramova məxsus olduğu məlum olub.
Onun ölüm səbəbi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.