Göygöldə 5 nəfər zəhərləndi: nənə və uşaq öldü

Göygöldə 5 nəfər zəhərləndi: nənə və uşaq öldü

Göygöl rayonunda kimyəvi maddədən zəhərlənmə olub.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə Balçılı kəndində qeydə alınıb.

İlkin məlumata görə, 5 nəfər – 4 uşaq, 1 qadın (nənələri) başlarını yuduqları dərmandan zəhərlənib. Qadın və bir uşaq hadisə yerində ölüb. Digərləri Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: