Göygöldə 20 yaşlı gənc tanışı tərəfindən öldürülüb

Fevralın 15-də saat 22 radələrində Göygöl rayonu ərazisində
2002-ci il təvəllüdlü Cavidan Məmmədovun öldürülməsi faktı ilə
bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Göygöl rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1999-cu il təvəllüdlü
Cəlal Apiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış
münaqişə zamanı Cavidan Məmmədova çoxsaylı bıçaq xəsarətləri
yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən
edilib.

Faktla bağlı Göygöl rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.

Cəlal Apiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Teqlər: