Göygöl-Toğanalı-Kəlbəcər yolunda hərəkət dayandı

Göygöl-Toğanalı-Kəlbəcər yolunda hərəkət dayandı

Gəncə və ətraf bölgələrə yağan yağışlar bir sıra fəsadlar yaradıb.

AzerTimes xəbər verir ki, Gəncə-Göygöl-Toğanalı-Kəlbəcər yolunda hərəkət dayanıb.

Xüsusilə, rayonun Aşıqlı kəndi ilə rayon mərkəzinin birləşdirən hissəsinə sel suları basıb. Nəticədə Göygöl-Toğanalı-Kəlbəcər yolunda avtomobilərin hərəkət dayanıb. Bundan başqa, sel yolun hərəkət hissəsinə daş parçaları və ağac qırığları gətirib.

Hazırda əraziyə adiyyatı qrumların əməkdaşları cəlb olunub. Yolun açılması istiqamətində işlər gedir.

Teqlər: