Göygöl rayonunda qaydaları pozan şadlıq sarayı aşkarlandı

Xəbər - Çingiz Səfərli – Trend:

Göygöl şəhəri, İqaf Verdiyev küçəsində fəaliyyət göstərən, Məmmədov Şaiq Tapdıq oğluna məxsus “Röyal” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu müəyyən olunub.

Bu barədə AzerTimes-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Belə ki, pandemiya dövrünün tələblərinə əsasən, masalararası məsafənin gözlənilmədiyi, eyni masa ətrafında əyləşən qonaqların sayının müəyyən edilmiş normadan artıq olduğu aşkar olunub.


Aşkar olunmuş pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Twitter: @cingizsafarli

Teqlər: