FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi
qeyri-qanuni tikinti işlərinin qarşısını alıb.
Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, Agentliyin mütəxəssisləri tərəfindən Göygöl rayonu,
Quşqara kəndi ərazisində, Gəncə-Şəmkir avtomobil yolunun sağ və sol
tərəflərində yerləşən vətəndaş Hüseynov Əli Ənvər oğluna məxsus
mövcud obyektlərin müvafiq icazəverici sənədləri olmadan
genişləndirilməsi işlərinin aparılması faktı aşkar edilib.
Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə
Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər
nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyektlər
nəzarətə götürülüb.