Göygöl rayonunda evdən çıxan koronavirus xəstəsinə cinayət işi açılıb

Xəbər - Samir Əli – Trend:

Göygöldə yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, Göygöl rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakini Vüqar Quliyevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.


Polis əməkdaşları dərhal onun rayon ərazisindəki yerini aşkar edərək müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib. Faktla bağlı RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Teqlər: