Göygöl rayonunda ev yanıb

Göygöl rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, rayonun Üçtəpə kəndində
ümumi sahəsi 192 m² olan kürsülü, birmərtəbəli evin yanar
konstruksiyaları yanıb. Bitişik talvar yanğından mühafizə
olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: