Göygöl I yatağından istifadə üzrə açıq hərrac keçirilir

Xəbər - İlhamə İsabalayeva – Trend:

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən Göygöl I yatağının ərazisində yer təki sahələrinin istifadəyə verilməsi üzrə açıq hərrac keçirir.

AzerTimes-ın məlumatına görə, iddiaçılar Yer təki sahəsindən faydalı qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

İddiaçılar hərracda iştirak etmək üçün tələb olunan sənədləri 09 aprel 2021-ci il saat 16:00 qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat, 31 ünvanına təqdim etməlidirlər. Hərracda iştirak etmək üçün hüquqi və fiziki şəxslər Agentliyə “İnzibati icraat haqqında” qanunun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə təqdim edilməlidir.

Teqlər: