Göyərtəsində müdafiə nazirinin oğlu olan Salvador HHQ məxsus təyyarə qəzaya uğrayıb

Salvador Hərbi Hava Qüvvələrinə məxsus təyyarə sahil zolağında qəzaya uğrayıb. Silahlı Qüvvələrdən verilən məlumata görə, göyərtədə ölkənin müdafiə nazirinin oğlu olub.

Trend xəbər verir ki, təyyarə sahil zonasında tapşırıq yerinə yetirib. Hazırda üç ekipaj üzvünün, o cümlədən müdafiə naziri Merino Monroyun oğlu leytenant Xerardo Merinonun axtarışları aparılır.

Yerli KİV-lərin məlumatına görə, qəzaya Baron 55 Beechcraft modelli təyyarə uğrayıb.

Teqlər: