Göyçəni və Zəngəzurdakı bu yeri itirə bilərik – Danielyan

Göyçəni və Zəngəzurdakı bu yeri itirə bilərik – Danielyan

Mülki Müqavilə Partiyası Türkiyə-Azərbaycan tandeminin maraqlarına xidmət edir.

AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bu iddia ilə erməni müxalif deputat Qarnik Danielyan iddia edib.

“Qarabağ uzun illər bizim təhlükəsizlik qalamız və zəmanətimiz idi. Onlar Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdılar və Bakı indi onlardan reparasiya tələb edir. Qısaca, Azərbaycan Ermənistana böyük maliyyə tələbləri elan edib. Əgər o ödənməsə, bunun Göyçə və ya Zəngəzur Mis Molibden Kombinatı ilə bağlanacağı deyilir. Vəziyyət o həddə çatıb ki, Azərbaycan artıq “konstitusiyanız dəyişməlidir” deyir və bu adamlar da onun dediyini təkrar edirlər”, – o bildirib.

Danielyan özünün də iştirakçısı olduğu Qalstanyan etirazlarının Paşinyan üçün türklərdən daha təhlükəli olduğunu söyləyib.

Teqlər: