Oktyabrın 9-da saat 15 radələrində İrəvan-Göyçə avtomobil yolunda ağır qəza baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan DİN məlumat yayıb.
Məlum olub ki, İrəvan-Göyçə yolunun 20-ci km-də İcevan-Dilican-İrəvan marşrutu üzrə hərəkət edən “QAZel” markalı avtomobil aşıb. İlkin məlumata görə, 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Yaralılardan 5-nin vəziyyəti ağır, ikisinin vəziyyəti isə stabil-ağırdır.
Xilasedicilər qaz sızması aşkarlayıblar və partlayışın qarşısını alıblar.