Göyçə planı: Rusiya kater verdi, ABŞ mütəxəssis göndərdi…

Göyçə planı: Rusiya kater verdi, ABŞ mütəxəssis göndərdi…

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan Baş naziri Nikol Paşinyan Göyçə gölündə Su Patrul Xidmətinin yaradılması ilə bağlı açılışda iştirak edib.

AzerTimes xəbər verir ki, açılış zamanı Su Patrul Xidməti üçün katerləri Rusiya DİN-in göndərdiyi üzə çıxıb. ABŞ Ədliyyə Nazirliyinin İCITAP proqramı çərçivəsində isə amerikalı təlimatçılar Göyçə gölündə patrul xidmətinin zabitlərinə kurslar keçiblər. Modulların hazırlanmasını da ABŞ həyata keçirib.

Avropa Birliyi isə maddi-texniki təminat və maliyyə yardımı ilə məşğul olub.

Xidmət üçün skuterlər, radiorabitə avadanlığı, yolsuzluq avtomobilləri ayrılıb, modul evlərin tikintisi aparılıb.

Teqlər: