Ermənistanın Göyçə vilayətində delimitasiya və demarkasiya işlərinə yaxın vaxtlarda başlanılacaq.
AzerTimes xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti öz mənbələrinə istinadən yazıb. Bildirilib ki, Göyçə qubernatoru Karen Sərkisyan bölgə sakinləri ilə görüşündə bu haqda danışıb.
Sərkisyan iddia edib ki, Azərbaycan Ordusu bu ərazilərdə geri çəkiləcək.
Nəşr yerli sakinlərdən alınan məlumatı dəqiqləşdirmək üçün qubernatorla əlaqə saxlasa da, Sərkisyan “belə müzakirələri xatırlamadığını” deyib.
Qeyd edək ki, ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan delimitasiyanın növbəti mərhələsinin Zəngəzurda olacağını istisna etməmişdi.