Göyçə gölündə suyun rəngi yenidən açıq-yaşıla dəyişib.
AzerTimes xəbər verir ki, sudan həmçinin xoşagəlməz qoxu gəldiyi deyilir.
Xüsusən bu hal gölün qərbində yerləşən Qavar şəhərinin sahillərində müşahidə edilir.
Gölün dayaz yerlərində yaşıl rəng daha aydın nəzərə çarpır.
Göyçə gölündə baş verən bu təbiət hadisəsini bir neçə faktorla əlaqələndirirlər.
Bəzi ekspertlər, göldə yaşıl bitkilərdən dolayı suyun rənginin dəyişdiyini bildirsə də, dihər bir qisim bunu göldə suyun səviyyəsinin aşağı enməsi ilə izah edir.