Göyçayın Qaraməryəm kəndinə koronavirusa görə giriş-çıxışın bağlanması yalandır – RƏSMİ

Xəbər - Samir Əli – Trend:

Göyçay rayonunun Qaraməryəm kəndinə giriş-çıxışın bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bunu AzerTimes-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, yayılan məlumatlar yalandır: “Həmin kəndə giriş-çıxış bağlanmayıb, bu məlumat düzgün deyil”.

Göyçay rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Elçin Bilalov da məlumatları təkzib edib. O qeyd edib ki, nə Qaraməryəm kəndində, nə də rayonun digər ərazilərinə giriş-çıxış bağlanmayıb: “Qaraməryəm kəndində bir nəfərin koronavirus şübhəsi ilə bağlı məlumat daxil olub. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib və həmin şəxsdən də test götürülüb. Bundan başqa həmin kənddə heç bir fakt aşkarlanmayıb”.

Twitter: @GuleliyevSamir

Teqlər: