Göyçayın icra başçısı koronavirusa qarşı peyvənd olundu (FOTO)

Xəbər - Samir Əli Trend:

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.

Göyçay Rayon İcra Hakimiyyətindən AzerTimes-a verilən məlumata görə, kompaniya çərçivəsində icra başçısı Mehdi Səlimzadə, başçının müavinləri, və aparatın 40-dan çox yaşı olan əməkdaşları Mərkəzi rayon Xəstəxanasına gedərək tibb işçilərinin nəzarəti altında COVID-19 əleyhinə peyvənd olunublar.

Teqlər: