Göyçayda yaşayış binasında uçqun baş verdi.
Hadisə rayonun Əli Kərim küçəsi bina 2/1, mənzil 18 ünvanında qeydə alınıb. Binanın 1-ci mərtəbəsindəki pilləkənin uçması nəticəsində orada olan, 1951-ci il təvəllüdlü Eyvaz Şamilov və onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Fəridə Şamilova zirzəmiyə düşüblər.
Xəsarət alan ər-arvad xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.