Xəbər - Samir Əli – Trend:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yağan güclü yağışlar zamanı Göyçay rayonunun giriş hissəsindəki körpünün guya uçması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
Qurumun Mətbuat katibi Anar Nəcəfli AzerTimes-a açıqlamasında yayılan məlumatları təkzib edib: “Ötən gün axşam saatlarında sosial şəbəkələrdə və bəzi xəbər saytlarında guya Göyçay rayonu ərazisində sel suları səbəbindən avtomobil körpüsünün uçması ilə bağlı video görüntülü məlumat paylaşılıb.
Rəsmi olaraq bildiririk ki, sözügedən görüntü 2018-ci ildə baş vermiş hadisə zamanı lentə alınıb və bu günlər ərzində Göyçay rayonu ərazisində balansımızda olan hər hansı avtomobil körpüsündə uçqun qeydə alınmayıb”.