Göyçayda su kanalında batan yeniyetmənin meyti çıxarılıb

Göyçay rayonunun Ləkçılpaq kəndində Yuxarı Şirvan kanalında batdığı ehtimal olunan 2004-cü il təvəllüdlü Salmanov Rüfət Seyfəddin oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, R.Salmanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Teqlər: