Göyçayda partlayış: ata və oğlu yaralandı

Göyçayda partlayış: ata və oğlu yaralandı

Göyçay rayonunda otbiçən maşının mühərriki partlayıb, ata-oğul yaralanıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə sentyabrın 27-də rayonun İnçə kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Cavid Məcidov otbiçən maşının mühərrikini işə salmağa çalışıb. Bu zaman mühərrik partlayıb və yanğın başlayıb. Yaxınlıqda olan C.Məcidovun atası, 1966-cı il təvəllüdlü Sərvər Məcidov yanğını söndürməyə cəhd edib. Nəticədə hər iki şəxs ağır xəsarət alıb. Daha sonra onlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda atanın vəziyyəti normaldır. Lakin həkimlər C.Məcidovun vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, C.Məcidov Vətən müharibəsi iştirakçısıdır.

Teqlər: