Göyçayda “Mersedes” yol kənarındakı piyadanı vurdu

Göyçayda “Mersedes” yol kənarındakı piyadanı vurdu

Göyçayda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a bildirilib ki, Göyçay rayon sakini Emil Osmanov idarə etdiyi “Mersedes” markalı yük avtomobili ilə Kürdəmiş kəndi ərazisində hərəkətdə olarkən yolun kənarında dayanan piyada, 1969-cu il təvəllüdlü Eldar Zülfüqarovu vurub.

Lənkəranda məsciddə axundu bıçaqlayan şəxsin istintaqı başa çatıb

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb.

Teqlər: