Xəbər - Çingiz Səfərli – Trend:
Göyçayda külli miqdarda istehlaka yararsız kolbasa məhsulu məhv edilib.
Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Məlumata görə, agentliyin əməkdaşları tərəfindən Göyçay rayonu, Çayarxı kəndində yerləşən, fiziki şəxs Qurbanov Etibar Əlipaşa oğluna məxsus qida məhsullarının saxlanıldığı anbara baxş keçirilib.
Baxış zamanı istifadə müddəti bitmiş, kif və göbələklərlə sirayətlənmiş, daşınması və saxlanması zamanı temperatur rejiminə əməl olunmayan ümumi çəkisi 180 kq müxtəlif növ kolbasa məhsulları aşkar edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, istehlaka yararsız kolbasa məhsulları tullantıların zərərsizləşdirilməsi sahəsində məhv edilib.
Twitter: @cingizsafarli