Göyçayda gənc qızın oğurlanaraq işgəncə verilməsi ilə bağlı cinayət işi başlandı – ÖZƏL

Xəbər - Samir Əli – Trend:

Göyçay rayonunda 21 yaşlı qızın oğurlanaraq işgəncə verilməsi
ilə bağlı cinayət işi başlanıb.

AzerTimes-ın məlumatına görə, Göyçay rayon sakini, 1993-cü il
təvəllüdlü Əliyev Feyruz Mahmud oğlunun həmkəndlisi 2001-ci il
təvəllüdlü qızı onun iradəsinə zidd olaraq qaçırıb oğurlaması ilə
bağlı hadisə Göyçay rayon Polis Şöbəsində araşdırılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsinin istintaq bölməsində
Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsilə cinayət işi
başlanıb.


Faktla bağlı istintaq davam etdirilir.

Xatırladaq ki, hadisə fevralın 26-da səhər saatlarında Göyçay
rayonunun Ulaşlı Şıxlı kəndində baş verib. Kənd sakini Feyruz
Əliyev evlənmək məqsədilə atası Mahmud Əliyev və anası Yeganə
Əliyeva ilə birləşərək qonşuları olan 21 yaşlı qızı oğurlayaraq
tövlədə saxlayıb, əllərini və ağzını bağlayıb. Göyçay rayon Polis
şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 21 yaşlı qız
xilas edilib. Hadisəni törətməkdə şübhəli bilinən Feyruz Əliyev
saxlanılıb.

Teqlər: