Göyçayda evdən çıxan koronavirus xəstəsi saxlanıldı

Xəbər - Samir Əli – Trend:

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, rayonun Bığır kənd sakini Elvin Həmidovun “COVID-19” testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və karantin qaydaları izah olunub. Buna baxmayaraq həmin şəxs qaydaları kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları onunla profilaktik söhbətlər aparıb və yaşadığı evə geri qaytarıb.

E.Həmidov barəsində Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Teqlər: