Göyçayda evdə yanğın olub

Göyçay rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-ə verilən məlumata görə, rayonun Qarayazı kəndində ümumi sahəsi 136 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: