Göyçayda “E-manat”ın kassasından 32 000 manat oğurlanıb (FOTO/VİDEO)

Göyçayda “E-manat”ın kassasından 32 000 manat oğurlayan şəxslər
saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Göyçay
şəhəri ərazisində yerləşən mağazaların birindən oğurluq edilib.
Gecə saatlarında obyektə daxil olan naməlum şəxslər orada
quraşdırılan “E-manat” ödəmə terminalının kassasını sındıraraq
içərisində olan 32 000 manat pulu, eləcə də mağazadakı tütün
məmulatlarını və pulu oğurlayaraq hadisə yerindən yayınıblar.

Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri
təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət
əməlini törədən şəxslər,rayon sakinləri-Nizam Nuruyev,Süleyman
Nuriyev və Kamran Hüseynli tutularaq istintaqa təqdim ediliblər.
Saxlanılan şəxslər əməllərini etiraf edib və oğurladıqları pulun
müəyyən hissəsi onlardan maddi sübut kimi götürülüb.

Araşdırma zamanı məlum olub ki, oğurluğu əvvəlcədən planlaşdıran
gənclər niyyətlərini həyata keçirdikdən sonra əldə etdikləri pulu
öz aralarında bölüblər və daha sonra birlikdə Bakı şəhərinə gedərək
orada özlərinə ev kirayələyiblər.Onlar əldə etdikləri pulun bir
hissəsini paytaxtda əyləncələrinə xərcləyiblər, həmçinin
saxlanılanlardan Nizam Nuruyev ona düşən pulun 4 min manatına özünə
motosiklet də alıb.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat
tədbirləri davam etdirilir.

Teqlər: